19 İyun 2026
Dünya futbolu

“Milan” “Qalatasaray”ın futbolçusunu istəyir

“Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakçı Avropa klublarının diqqətini cəlb edib.

İdmanxeber.az xəbər verir ki, təcrübəli futbolçu ilə xüsusilə İtaliyanın “Milan” klubu yaxından maraqlanır. Onun çıxışı bir sıra Avropa skautları tərəfindən də izlənilir.

Məlumata görə, Abdülkerimin yay transfer pəncərəsində ciddi təkliflər alacağı gözlənilir.

Futbolçunun mümkün transfer dəyəri isə artıq azarkeşlər arasında müzakirə mövzusuna çevrilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43