21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Monteneqro millisi ilə üz-üzə gəlib. Sumqayıt şəhər stadionunda keçiriləcən qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.
Qeyd edək ki, U-21 iyunun 4-də səfərdə Belarusdan olan həmyaşıdlarına 1:3 hesabı ilə məğlub olub.

