13 İyun 2026
Kateqoriyasız

“Real” mərakeşli futbolçu alır

“Real” “Ayaks”ın gənclər sistemindən 16 yaşlı mərkəz yarımmüdafiəçisi Abdella Uazanı transfer etməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, “Ayaks” mərakeşli futbolçuya müqavilə müddətini uzatmaq üçün üç dəfə təklif etsə də, o, bundan imtina edib.

İyunun 30-da Uazanın azad agent olacağı, ona görə də İspaniya nəhənginə pulsuz keçə biləcəyi vurğulanır.

Qeyd edək ki, A.Uazan 2016-cı ildən “Ayaks” sistemində çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 20 matçda iştirak edib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43