23 İyul 2026
Milli komanda

Millimiz mövqeyini qorudu – FIFA reytinqi

İyulun 9-da FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayacaq. Bu dəfə cədvəl yeni metodla hazırlanacaq.

İdmanxeber.com-un məlumatına görə, artıq yeni reytinq siyahısı üçün ehtimallar da bəllidi. “Football-rankings”in hazırladığı cədvələ əsasən, bir sıra dəyişikliklər baş verəcək.

Ancaq bunlar Azərbaycan millisindən yan keçəcək. Ötən siyahıda 321 xalla 105-ci olan millimizin xalında və mövqeyində dəyişiklik olmayacaq. Halbuki hesablama köhnə üsulla aparılsa, Azərbaycan 107-ci pilləyə düşməli idi.

İlk “10-luq”da da bir sıra dəyişikliklər baş verəcək. Lider Almaniya mövqeyini qoruyacaq, Braziliya və Belçika əvvəlkitək 2-ci və 3-cü pillədə qərarlaşacaqlar. Əsas yüksəlişə Fransa nail olacaq. Son dünya çempionu 3 pillə yüksəlib, 4-cü yerdə qərarlaşacaq.

Maraqlıdı ki, köhnə metod daha ciddi dəyişikliklər vəd edirdi. Dünya çempiontında uğursuz çıxış edən Almaniya 7-ci yerə düşməli, Braziliya lider, Fransa 2-ci olmalı idi. Belçika 3-cü pillədəki yerini qoruyacaqdısa, mundialın finalçısı Xorvatiya 16 pilləlik sıçrayışla 4-cü yerə yüksələcəkdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43