23 İyul 2026
İdman

“Qarabağ” – “Olimpiya” matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiya” (Sloveniya) oyununa bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, iyulun 18-də keçiriləcək qarşılaşmaya artıq 8 min bilet satılıb. “Qarabağ” – “Olimpiya” qarşılaşması iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Qeyd edık ki, “Qarabağ” səfərdə keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43