20 İyun 2026
İdman

Millimizin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri bəlli oldu

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C liqasında mübarizə aparacaq.

Püşk zamanı ikinci səbətdə yer alan yığma III qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.

Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43