Milli komanda

Millimizin oyunlarının vaxtı açıqlandı

17 yaşadək futbolçulardan ibarət milli komandamızın Bakıda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki oyunlarının vaxtı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, yığmamız ilk oyununu mayın 5-də Portuqaliya millisinə qarşı keçirəcək.

Bundna 3 gün sonra – çayın 8-də Belçika yığması ilə qarşılaşacaq komandamız mayın 11-də Şotlandiya ilə üz-üzə gələcək.

Xatırladaq ki, mayın 5-də start götürəcək Avropa çempionatı mayın 21-də başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43