Kateqoriyasız

“Mingəçevir” Divizion üçün başladı

Növbəti mövsümdən Azərbaycan I Divizionunda mübarizə aparacaq “Mingəçevir” hazırlıqlara start verib.

İdmanxeber.az xəbər verir ki, Nur şəhərinin təmsilçiləri iyulun 11-də Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda toplanıblar. Hazırlıq prosesində Azər Həşimovun rəhbərlik etdiyi məşqçilər korpusu baxışa gələn futbolçuları ikitərəfli oyunda sınayıblar.

Futbolçular baş tutan məşq prosesində gənc mütəxəssisin etimadını qazanmağa çalışıblar. Ümumiyyətlə baxışa 20 futbolçu dəvət olunub. Seleksiya xarakterli toplanış avqust ayının 2-nə dək davam edəcək.

Daha sonra komanda bir sıra yoxlama görüşündədə qüvvəsini sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43