Kateqoriyasız

“Qəbələ” Rumıniya klubuna qarşı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisi Rumıniyanın aşağı liqa klubu olan “Çiksereda” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

“Qəbələ” Boludakı ilk matçında “Qaziantep”ə 1:2 uduzmuşdu.

​17:00. “Qəbələ” – “Çiksereda” (Rumıniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43