İdman

Mino Rayola: “Klopp Balotelli ilə heç nə imiş kimi davranırdı”

Son olaraq “Liverpul”dan Fransanın “Nitsa” klubuna transfer olan Mario Balotellinin ətrafındakı söz-söhbətlər bitmək bilmir.

İdmanxeber.com-un məlumatına görə, italyan hücumçunun meneceri Mino Rayola “mersisaydlılar”ın baş məşqçisi Yürgen Kloppu tənqid edib:

“Klopp məşqçi kimi yaxşı ola bilər, amma Balotelli ilə heç nəy imiş kimi davranırdı. Ümid edirəm ki, “Liverpulun idarə heyətinin üzvləri bunun bir xəta olduğunu anlayar. Balotelliyə “Liverpul”da insan kimi yanaşmadılar”.

Rayola hətta İbrahimoviçin gedişindən sonra Fransa liqasının prestijinin 50% aşağı düşdüyünü və bu prestiji Balotellinin geri gətirəcəyini iddia edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43