İdman

UEFA “Roma”lı futbolçuları cəzalandırdı

UEFA İtaliyanın “Roma” klubunun futbolçusu Daniele De Rossini Avropa Liqasından 3 oyunluq kənarlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Portu” ilə Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab görüşündə qırmızı vərəqə alıb.

O, rəqib oyunçu Maksi Pereyraya qarşı sürüşmə fəndini kobudcasına yerinə yetirib və Pereyra yaşıl meydanlardan 3 ayadək kənarda qalacaq.

Həmin matçda “Roma”nın qırmızı vərəqə alan daha bir futbolçusu Emerson isə 2 oyunluq diskvalifikasiya ilə üzləşib.

Qeyd edək ki, E qrupunda yer alan “Roma” ilk görüşünü sentyabrın 15-də səfərdə keçirəcək. Paytaxt təmsilçisi “Qarabağ”ı Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış “Viktoriya”nın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43