Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Real”la “Liverpul” üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp qarşılaşma öncəsi açıqlama verib. O, Madrid təmsilçisini turnirin favoriti kimi gördüyünü bildirib:
“Rea” çox böyük klubdur. Onlar haqda pis bir şey demək mümkün deyil. Bu klubla bütün qəlbimlə hörmət edirəm. “Real” əla heyətə malikdir. Modriç və Benzema kimi futbolçular 45 yaşına qədər oynaya bilər. Səviyyəli gənc futbolçuları da var.
Bu komanda dəyişmir, hər şeydə yaxşıdır. Başlanğıcda kimin çıxması, hansı taktikanı seçməmiz önəmli deyil. Problem onların nəyə qadir olmasındadır. “Real” dünyanın ən yaxşı komandalarından biridir. Elə bilməyən ki, edə biləcəyimiz heç nə yoxdur”.
Görüş bu gecə saat 00:00-da start götürəcək.

