Transfer çalışmalarını davam etdirən “Neftçi” 3 futbolçusu ilə vidalaşmağı düşünür.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Mamadu Mbodj, Gilermo Pato və Sezar Meza Kolli ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməyi düşünür. Komandanın baş məşqçisi Laurentsiu Regekampf sözügedən futbolçuları ərəncamənda görmək istəmir.
Paytaxt klubu hər 3 legionerlə müqaviləni qarşılıqlı şəkildə ləğv etməyə razı salmağa çalışır.

