Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, Vəli Qasımovun komandası Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” klubu ilə qarşılaşıb.
Oyun afrikalıların qələbəsi ilə başa çatıb – 2:1. “Neftçi”nin qolunu Aqşin Qurbanlı vurub.

