20 İyun 2026
Ölkə futbolu

“Neftçi” bu futbolçu üçün 400 min dollarından keçdi – Transfer bitdi!

“Neftçi” yeni mövsümün hazırlıqlarını davam etdirir. Paytaxt təmsilçisi artıq bəzi futbolçularla yollarını ayırıb. Daha bir neçə oyunçunun da göndəriləcəyi gözlənilir.

“Ağ-qaralar”da növbəti mövsümdən yeni futbolçular da olacaq. Artıq rəhbərlik müdafiə xəttini gücləndirib. “Araz Naxçıvan”dan İqor Ribeyronu heyətinə qatıb. Təcrübəli oyunçu üçün  qarşı tərəfə 400 min dollar təzminat ödənəcək.

Müdafiəçi “Araz Naxçıvan”ın Konfrans Liqasında çıxış etməsi səbəbindən “Neftçi”yə gec qoşulacaq. O, təsfinat mərhələsinin oyunlarının ardından “ağ-qaralar”a imza atacaq.

Həsən Quluzadə/İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43