Təxminən bir aya yaxındır “Neftçi”də baxışda olan qveniyalı futbolçu Mamadu Kane hələ də məşqçilər heyətindən müsbət cavab ala bilməyib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, gənc oyunçu istedadı və bacarığı ilə baş məşqçinin rəğbətini qazansa da, italiyalı mütəxəssis onun barəsində qərar verməyə tələsmir. Belə ki, oyunçunun Qveniyadan gəlməsi və ölkəmizə nə dərəcədə adaptasiya olacağı Roberto Bordini düşündürür. Mütəxəssisin oyunçunu bir müddət daha izləyəcəyi və yekun qərarın fasilədən sonra verəcəyi gözlənilir.