20 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin yeni baş məşqçisi nə qədər qazanacaq?

Bu gün “Neftçi”nin yeni baş məşqçisinin rəsmən açıqlanacağı gözlənilir.

İdmanxeber.az xəbər verir ki, komandanı son olaraq “Şaxtyor” (Soligorsk) klubunda çalışmış ukraynalı Yuri Vernidub çalışdıracaq. 59 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanacaq.

Ukraynalı çalışdırıcının aylıq maaşı təxminən 50 min dollar olacaq.

Onun köməkçiləri Vitali Vernidub, Dmitri Kara-Mustafa, Valeri Mixaylenko və İqor Fokin olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43