Ölkə futbolu

“Neftçi”nin zədəlilərindən son xəbər

“Neftçi” futbol klubunun tibbi-bərpa mərkəzi heyətdəki zədəli futbolçuların son durumu ilə bağlı yeni açıqlama yayıb. 

İdmanxeber.com klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Elşən Abdullayev hazırda müalicə və bərpa prosesini davam etdirir. 

Fərdi məşqlər edən yarımmüdafiəçinin oktyabrın 10-da komanda ilə məşqlərə cəlb olunacağı planlaşdırılır.

Cavid İmamverdiyev sol budundan aldığı zədədən müalicə olunur. Komanda ilə məşqlərdən kənarda qalan yarımmüdafiəçinin 3-4 həftəyə sağalacağı gözlənilir. 

Katalin Tira ayaq əzələsindəki zədədən müalicə olunur. Hücumçu oktyabrın 10-da komanda ilə məşqlərə qoşulacaq.

Kamran Nəcəfzadə isə sağ dabanının zədəsinə görə, Almaniyada müayinə olunub. Almaniyalı mütəxəssislərin rəyinə görə, yarımmüdafiəçiyə cərrahi müdaxilə olunmasına ehtiyac var. Əməliyyatdan sonra bərpanın müddəti 9 aydır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43