Dünyadan

“Qalatasaray”ın ulduz futbolçusu zədələndi

“Qalatasaray”ın futbolçusu Hollandiyanın Belarusla DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunda zədələnib.

İdmanxeber.com xəbər verir ki, oyuna start heyətində başlayan Sneyder fasilədə əvəzlənib. Buna səbəb holland futbolçunun zədələnməsi olub.

Hollandların 4-1 hesabı ilə qələbə qazandıqları oyundan sonra Sneyder verdiyi açıqlamada: “2-0 öndə idik. Durumum oyunu davam etməyə imkan vermədi. Risq edə bilməzdim. Bazar ertəsi Fransa ilə oyunda meydana çıxıb-çıxmayacağımı bilmirəm. Həkimlərin müayinəsindən sonra bilinəcək” – deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43