Neymar Parisdə xoşbəxt deyil.
İdmanxeber.az-ın məlumatına görə, dünya futbolunun ən bahalı transferi olan brazilyalı ulduz futbolçu Neymarın PSJ karyerası çox qalmaqallı keçir. İspaniya mətbuatının yaydığı xəbərlərə görə, ulduz futbolçu klubdakı liderlik mübarizəsini Mbappe və Kavaniyə uduzduğu üçün Paris təmsilçisində çox narahatdır.
İddialara əsasən 26 yaşındakı futbolçu “Barselona”ya qayıtmaq üçün rəhbərliyə yalvarsa da, heç bir cavab ala bilməyib. Xəbərdə Katalon klubunun komandadan ayrılan oyunçuların geri qayıtmasına yaxşı baxmamaqla yanaşı, Neymarın klub bazasına gəlməyini də qadağan etdiyi bildirilib.

