UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Nyukasl” – “Qarabağ” matçı üçün hakim təyinatları açıqlanıb.
İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun italiyalı 44 yaşlı tanınmış hakim Davide Massaya tapşırılıb.
Ona yan xətdə həmyerliləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək. VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (hər ikisi Almaniya) çalışacaq.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyun fevralın 24-də, saat 00:00-da start götürəcək.
Xatırladaq ki, D. Massa 2018-ci ildə Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” və “Arsenal” arasında keçirilən oyunun baş hakimi olub.

