20 İyun 2026
Ölkə futbolu

“Rakuv” Bakının istisindən ehtiyat edir” – Polşada oynayan azərbaycanlı futbolçu

Polşanın “Troşin” klubunda çıxış edən Orxan Fərəcov “Qarabağ” – Rakuv” görüşü barədə fikirlərini bildirib.

İdmanxeber.az saytına danışan azərbaycanlı oyunçu ölkədə “Rakuv”a böyük inam olduğunu bildirib. O, Polşada hər kəsin “Qarabağ”ı güclü rəqib kimi tanıdığını vurğulayıb:

“Təbii ki, “Rakuv”un turu keçəcəyinə inanırlar. Ancaq “Qarabağ”ı da yaxşı tanıyırlar, gücünü bilirlər. Təmsilçimizin avrokubok təcrübəsindən, neçə Polşa klubunu məğlub etdiyindən yaxşı xəbərdardılar. Amma yenə də “Rakuv”un mərhələni keçəcəyinə çox inanırlar.

“Qarabağ” barədə kifayət qədər məlumatları var. Çox yaxşı tanıyırlar komandanı. “Köhlən atlar”ın dominant futbol oyunundan danışırlar. İlk matçı komanda ilə birgə izlədim. “Rakuv” qol vuranda onlar, “Qarabağ” fərqlənəndə isə mən sevinirdim. Bununla bağlı heç bir problem olmur. Bizdən Abdullah Zubiri çox bəyənirlər. Onun neçə oyunun nəticəsinə təsir etdiyini yaxşı bilirlər.

“Ümumiyyətlə, cütlüyün favoritinin “Qarabağ” olduğunu qəbul edirlər. Çünki komandanın avrokubok təcrübəsi bunu deməyə əsas verir. “Rakuv” isə yeni komandadır. Hələ indi yolunu tutmağa başlayır. Məndən daima hava barədə soruşurlar. Bakının istisindən ehtiyat edirlər. Onların əsas planı turun taleyini ilk oyunda həll etmək idi. Bir top irəlidə olmaqla, qismən buna nail olublar. Ancaq hələ cavab oyunu var. Görək, necə olacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43