20 İyun 2026
Dünya futbolu

“Yuventus” “Çelsi” ilə razılaşa bilmir

“Yuventus” və “Çelsi” Duşan Vlahoviç və Romelu Lukakunu dəyişmək üçün danışıq aparır.

İdmanxeber.az-ın məlumatına görə, “qoca sinyora” serbiyalı forvard üçün belçikalını və əlavə olaraq 40 milyon avro istəyir. London klubu bu məbləği aşağı salmağa çalışır.

Turin təmsilçisi Lukaku ilə şəxsi məsələlərdə razılığa gəlib.

Vlahovic 2022-ci ilin yanvarından çıxış etdiyi “Yuventus” 63 oyuna 23 qol vurub. Lukaku isə ötən mövsümü icarə əsasında “İnter”də keçirib. O, burada 37 oyuna 14 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43