“Udineze” 1 aydır azad agent olan sabiq oyunçusu Roberto Pereyra ilə yenidən müqavilə imzalamaq üçün müzakirələrə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “Beşiktaş” argentinalı yarımmüdafiəçiyə 2,3 milyon avro təklif etsə də, oyunçunun istəyi İtaliyada qalmaqdı.
Roberto Pereyra 6 mövsüm keçirdiyi “Udineze”də 200 oyuna 23 qol vurub və 33 məhsuldar ötürmə edib.

