Kiprin “Aris” klubunun məşqçiləri bu gün keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu izləmək üçün Bakıya gəliblər.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Aleksey Şpilevskinin köməkçiləri potensial rəqiblərin görüşünü canlı izləyərək, qeydlərini aparacaqlar.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. “Qarabağ” – “Rakuv” cütünün qalibi III təsnifat mərhələsində “Aris”ə rəqib olacaq.

