İtaliyanın nüfuzlu nəşri “Corriere delo Sport” “Napoli” – “Qarabağ” matçına geniş yer verib.
İdmanxeber.az-ın məlumatına görə, həmkarlarımız görüşün baş hakimi Şimon Marçinyakı tənqid edib. Onun “Qarabağ”ın qapısına təyin etdiyi penaltinin yalnış olduğu bildirilib.
“Napoli” – “Qarabağ” oyunu, Şimon Marçiniakın Di Lorensonun penaltisinə şübhəsi var” başlıqlı yazıda bunlar qeyd edilib:
“Cərimə meydançası daxilində təmas aydın idi, amma problem daha əvvəldəydi. Polşalı hakim üçün daha bir qaranlıq matç. Marçinyak təmiz oyun keçirmədi. “Napoli”yə verilən penaltiylə bağlı bəzi şübhələr qalmaqdır. İkinci hissədə hakim M.Yankoviçin Di Lorensiyaya qarşı etdiyi qayda pozuntusuna görə, penalti qərarı verdi. Təmas aydın görünürdü. Yankoviç sağ ayağı ilə italiyalı futbolçuya toxundu. Ancaq problem epizodun əvvəlində idi. Di Lorenso əli ilə Yankoviçin üzünə vurur və bu, aşkar qayda pozuntusudur. VAR da foulu təsdiqlədi, amma dilemma qalmaqda idi”.
Xatırladaq ki, görüş İtaliya klubunun 2:0 hesablı qələbəsilə başa çatıb.
Həsən Quluzadə

