06 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubu 65 milyonu gözdən çıxardı

“Tottenhem” “Bornmut”un hücumçusu Antuan Semenyonun müqaviləsindəki sərbəstqalma  maddəsini aktivləşdirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 2026-cı ilin əvvəlində sözügedən maddənin dəyəri 65 milyon funt olacaq. Futbolçunun transferində “Liverpul”un da ciddi rəqib kimi ortaya çıxacağı vurğulanır.

Semenyo cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Bornmut”la müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt futbolçunun bazar dəyərini 55 milyon avro olaraq göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43