“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Köln”ün 19 yaşlı sol cinah oyunçusu Said El-Malanın çıxışından təsirlənib.
İdmanxeber.az-ın məlumatına görə, klubun skautları onun son oyunlarını izləyib. “Köln” gənc futbolçunu 40 milyon avroya qiymətləndirir.
Ona “Borussiya” (Dortmund), “Bavariya” və “Barselona” da maraq göstərir.
El-Mala bu mövsüm Bundesliqada 10 oyunda 4 qol və 1 ötürmə ilə yadda qalıb. Transfermarkt onun dəyərini 18 milyon avro olaraq göstərir.

