13 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubunda qeyri-müəyyənlik – Büdcə bəlirsizdi, transferlər gözlədilir

Premyer Liqa klubunda növbəti mövsüm üçün ciddi bəlirsizlik var.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət “Araz-Naxçıvan” klubundan gedir. Naxçıvan təmsilçisində büdcə ilə bağlı qeyri-müəyyənlik hökm sürür.

Hələlik klubun transfer siyasəti dayanıb. Heyətə bir neçə oyunçu cəlb ediləcəyi gözlənilsə də, danışıqlar dondurulub.

Büdcəylə bağlı problem yarandığı üçün transfer edilmək istənən futbolçular gözlədilir. Qarşıdakı günlərdə rəhbərlik klubun növbəti mövsüm üçün büdcəsini və transfer çalışmaları barədə yekun qərar verməlidir.

Xatırladaq ki, mətbuatda “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynovun olacağı iddia edilir. Klub bu yaxınlarda 10 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43