24 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubundan Reşford qərarı

“Aston Villa” “Mançester Yunayted”dən icarəyə götürdüyü Markus Reşfordu komandada saxlamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Birmingem təmsilçisi futbolçunun çıxışından razıdır. Rəhbərlik yayda onu birdəfəlik heyətinə qatmaq istəyəcək.

“Aston Villa” 27 yaşlı vinger üçün 40 milyon funt-sterlinq ödəməyə hazırdır.

Təcrübəli futbolçu komandanın heyətində 3 qol ötürməsi ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43