Kateqoriyasız

“Qəbələ”nin dili qatlanan futbolçusunun son durumu

“Qəbələ”nin futbolçusu İlkin Qırtımovun durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi 32 yaşlı müdafiəçinin səhhətinin yaxşı olduğunu açıqlayıb. “Fehervar”la oyunda dili qatlanan və dərhal xəstəxanaya aparılan Qırtımovun vəziyyəti indi yaxşıdır və o, komanda ilə birlikdə Vətənə qayıdır.

“Fehervar” – “Qəbələ” oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43