Kateqoriyasız

“Qəbələ”yə keçəcəyi gözlənilən hücumçu “Sumqayıt”ı seçdi

“Keşlə”dən ayrılan Amil Yunanovun yeni klubu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ”yə dönəcəyi bildirilən 26 yaşlı hücumçu karyerasını “Sumqayıt”da davam etdirəcək.
O, “gənclik şəhəri” təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Sumqayıt” daha öncə “Zirə”dən Vüqar Mustafayevi transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43