l Divizion Ölkə futbolu

Qəza səbəbindən təxirə salınan oyununun vaxtı açıqlandı

I Divizionda XX turdan təxirə salınmış “Şamaxı-2” – “Mingəçevir” oyununun başlanma tarixi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Mingəçevir təmsilçisinin avtobusunun qəzaya düşməsi səbəbindən oyun təxirə salınmışdı. Peşəkar Futbol Liqası qarşılaşmanın martı 24-də saat 15:00-da başlayacağını açıqlayıb.

24 mart (cümə)

“Şamaxı-2” – “Mingəçevir”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43