Dünya futbolu

“Azarkeşlər köhnə PSJ-ni sevir” – Tyeri Anri

Əfsanəvi futbolçu Tyeri Anri “Bavariya” – PSJ matçı barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal”ın sabiq futbolçusu Paris təmsilçisini tənqid edib. O, azarkeşlərin klubu sevmədiyini bildirib:

“Klubun planı nədir? Fəlsəfə nədir? Dəfələrlə demişəm ki, klubla azarkeşlər arasında uçurum var. Onlar praktiki olaraq köhnə PSJ-yə üstünlük verirlər. Bu, çılğın görünə bilər. Ancaq 20 il əvvəl Parisdə belə bir komanda olacağını desəydilər, bunun zarafat olduğunu, ola bilməyəcəyini düşünərdim. Tərəfdarlarla klub rəhəbərliyinin düşüncəsi fərqlidir. Onlar bu komandaya uyğunlaşa bilmirlər”.

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya uduzaraq, mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43