Dünya futbolu

Rusiya klubundan Türkiyəyə dəstək

Rusiya klubu “Zenit” Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım göndərib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millisinin sabiq üzvü Gökhan Zan Hatayda baş vermiş təbii fəlakətdən sonra davamlı olaraq porblemləri sosial şəbəkələrdən bildirirdi.

O, son olaraq uşaqların qış paltarları və oynamaq üçün futbol topları istədiklərini vurğulayıb. Bunun ardından “Zenit” klubu Hataydakı uşaqların bu istəyini yerinə yetirib.

Rusiya təmsilçisi azayaşlılar üçün müxtəlif qış geyimləri və bir neçə top göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43