Mövsümü Türkiyə çempionu kimi tamamlayan “Qalatasaray”da transfer çalışmaları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu İlkay Gündoğanla danışıq aparır. Futbolçunun artıq Türkiyədə olduğu və qarşı tərəflə əlaqəyə keçdiyi bildirilir.
Xatırladaq ki, İlkayın “Mançester Siti” ilə 2026-cı ilə qədər müqaviləsi var.

