“Qalatasaray” PSJ və Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesi transfer etməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubu altı milyon avro qarşılığında parislilərlə razılaşıb. Futbolçunun özü ilə 2027-ci ilin ortalarına qədər olan müqavilə imzalanacaq.
Paredes ötən mövsüm “Yuventus”da icarə əsasında çıxış edib. O, bütün yarışlarda 35 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə edib.

