22 İyul 2026
Dünya futbolu

“Qalatasaray” “Yuventus”un futbolçusu ilə güclənir

Türkiyənin “Qalatasaray” klubu yay transfer dönəmində heyətini gücləndirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi “Yuventus”un niderlandlı yarımmüdafiəçisi Teun Koopmaynerslə maraqlanır. Məlumata görə, Turin klubu futbolçu üçün 26 milyon funt-sterlinqdən aşağı olmayan təklifləri nəzərdən keçirməyə hazırdır.

“Sarı-qırmızılılar”ın 28 yaşlı oyunçunun transferi üçün ciddi addımlar atdığı bildirilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43