26 İyun 2026
Dünya futbolu

“Qalatasaray”ın futbolçusu komandadan ayrılır

“Qalatasaray”ın futbolçusu Taylan Antalyalı klubdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu karyerasını “Kocaelispor”da davam etdirməyə yaxındır. Artıq Kocaeli klubu 30 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Taylan Türkiyə millisində və “Bucaspor”, “Gənclərbirliyi”, “Ankaragücü” və  “Samsunspor” kimi klublarda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43