26 İyun 2026
Ölkə futbolu

“Qarabağ” “Anortosis”lə razılığa gəldi

"Qarabağ" klubunun transfer etmək istədiyi Dino Ndlovu ilə artıq razılıq əldə edilib.

İdmanxeber.com-un xarici KİV-ə istinadən verdiyi məlimata görə, ağdamlılar 26 yaşlı forvardla 350 min avro qarşılığında əl sıxışıblar.

Keçidin reallaşmasına səbəb kimi Türkiyə mətbuatı Samuel Etonun "Antalyaspor"da qalmasını göstərib. Çünki Türkiyə təmsilçisi də Ndlovu transferi üçün "atlılar"a rəqib olmuşdu.

Qeyd edək ki, 2012-ci ildən Cənubi Afrika yığmasına çağırılan 26 yaşlı forvard “Anortosis”ə ötən ilin yayında Hayfa “Makkabi”sindən keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43