19 İyun 2026
Ölkə futbolu

“Qarabağ” azarkeşlərə müraciət etdi

“Qarabağ” UEFA Çempionlar Liqasının 6-cı turunda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəyi matçdan əvvəl azarkeşlərə müraciət edib.

İdmanxeber.az xəbər verir ki, “köhlən atlar” bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Klub matçı izləmək üçün azarkeşləri stadiona erkən gəlməyə çağırıb.

Bildirilib ki, bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.

“Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43