19 İyun 2026
Ölkə futbolu

“Sabah” – “Neftçi” matçına doğru: Ev sahibində itkilər, qonaqlar rahatdır

Misli Premyer Liqasının XIV turunda “Sabah” doğmameydanda “Neftçi”ni qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi görüşə itkilərlə çıxacaq. “Sabah”ın heyətində Pavol Şafranko, Zineddin Uld Xaled, Neqoş Kupusoviç zədə səbəbindən meydana çıxa bilməyəcək.

Boyan Letiçlə Cesse Sekidikanın isə matçda forma geyinib-geyinməyəcəyi bəlli deyil.

“Neftçi”də isə üzlər gülür. “Ağ-qaralar”da “Sabah” oyunu öncəsi cəzalı və ya zədəli oyunçu yoxdur.

Xatırladaq ki, görüş saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43