19 İyun 2026
Ölkə futbolu

“Qarabağ” – “Ayaks” matçının hakimləri açıqlandı 

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakimlər briqadası idarə edəcək.

İdmanxeber.az-ın məlumatına görə, görüşün baş hakimi FİFA referisi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Yuri Praprotnik və Qreqa Kordez kömək edəcək.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43