İdman

“Qarabağ” azarkeşləri üçün şad xəbər

Öncədən sizə “Qarbağ”ın kapitanı Rəşad Sadıqovun zədə səbəbindən “Qəbələ” ilə oyunu buraxacağına dair məlumat vermişdik.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, kapitanın zədəsi ciddi deyil. Ayağında ağrılar olan Sadıqovun millinin Norveçlə oyununda iştirak edəcəyi bəlli olub.

Ağdam klubunun digər üzvü Əfran İsmayılovun isə millinin düşərgəsinə qoşulub-qoşulmayacağı bilinmir.

Qeyd edək ki, Azərbaycan – Norveç matçı oktyabrın 8-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43