Kateqoriyasız

“Qarabağ” Çempionlar Liqası üçün başladı

“Qarabağ” 2019/20-ci illər mövsümünün hazırlıqlarına başlayıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, ötən gün Ağdam təmsilçisinin bazasında bir araya gələn komanda axşam saatlarında “Azərsun Arena”da ilk məşqinə çıxıb. Milli komandalarda olan futbolçular məşqdə iştirak etməyib, əvəzində isə əvəzedici komandanın bir neçə üzvü məşqdə iştirak edib.

“Qarabağ”ın Bakıda davam edən təlim-məşq toplanışı iyunun 17-nə qədər davam edəcək, komanda bir gün sonra Avstriyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43