Kateqoriyasız

“Fənərbağça” istədiyi transferi reallaşdırdı

Türkiyənin “Fənərbağça” klubu uzun müddətdir ki, heyətinə qatmağa çalışdığı Hatim Ben Arfayla anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi Fransanın “Renn” klubunda çıxış edən Hatem Ben Arfa ilə razılıq əldə edib. 32 yaşlı vinger bu gün müqavilə bağlamaq üçün Türkiyəyə gələcək.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü “Lion”, “Marsel”, “Nyukasl”, “Hall Siti”, “Nitsa”, PSJ kimi klublarda oynayıb. Təcrübəli futbolçu 2018-ci ildən “Renn”də çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43