Kateqoriyasız

İki futbolçu “Mançester Yunayted”dən getdi – rəsmi

İngiltərənin “Mançester Yunayted” klubu iki futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi Luis Antonio Valensiya və yarımmüdafiəçi Ander Herrera ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, Valensiya 2009, Herrera isə 2014-cü ildən “qırmızı şeytanlar”da oynayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43