05 İyun 2026
Ölkə futbolu

“Qarabağ” Çempionlar Liqasına bu mərhələdən başlayacaq

“Qarabağ” 2025/2026 mövsümündə Çempionlar Liqasına hansı mərhələdən başlayacağı dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu PSJ-nin finala yüksəlməsinin ardından ÇL-də mübarizəyə I yox, II təsnifat mərhələsindən qoşulacaq.  Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv çempionlar yolunda yer alacaq və püşkatmaya səpələnməmişlər sırasından qatılacaq.

İkinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, qarşılaşmalar isə iyulun 22-23 və 29-30-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43