Layihə

“Qarabağ” davam, “Qəbələ” tamam (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı dördüncü yazısı.

"Zirə" və "İnter" komandalarının Avropada mübarizəni dayandırmasından sonra ümidlər  Çempionlar Liqasındakı yeganə təmsilçimiz "Qarabağ" və Avroliqadakı tək komandamız "Qəbələ"yə qaldı. Son 3 ildə qitənin ikinci dərəcəli klub turnirində qrup mərhələsinə vəsiqə qazanmağı bacaran "Qarabağ" ənənəsinə sadiq qaldı. Özü də Azərbaycan futbolu adına yeni bir tarix yazmaqla. İlk dəfə olaraq Çempionlar Liqasının III təsnifat mərhələsini adlamaqla adını tarixə yazdıran ağdamlılar bununla da birbaşa Avroliqanın qrup mərhələsini özləri üçün təmin etdilər. Yəni, Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində məğlub olsa belə, Avropa macərası başa çatmayacaq. "Qarabağ" ÇL-da hazırkı rəqibi "Kopenhagen" səddi aşa bilməsə bu "köhlən atlar"ın 4-cü dəfə üst-üst qrup mərhələsində çıxış etməsi demək olacaq. Əgər əyalət komandası bu çətin vəzifənin də öhtəsindən gələrsə, Azərbaycan futbolu adına daha bir tarix yazılacaq. Belə ki, hələ indiyə qədər heç bir klubumuz qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində təmsil olumayıb.

Əslində, komandamız pley-off mərhələsinə hələ 3 il əvvəl adlaya bilərdi.  Ancaq həmini vaxt Avstriyanın "Zalsburq" səddinə ilişən "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirib. Ardıcıl 2 il isə müvafiq olaraq "Seltik" və "Viktoriya" Pilzen komandaları ilə görüşdə meydanı baş aşağı tərk edən klubumuz nəhayət, 4-cü cəhdində tilsimi qıra bildi. Püşkün bəxtimizə saldığı Moldova təmsilçisi "Şerif" bizim üçün keçilməz olmadı. Baxmayaraq ki, Bakıda keçirilən ilk matçda rəqibinin müqavimətini qıra bilməyən "Qarabağ" səfərə sərfəli nəticə ilə yollanmamışdı. Qapıların toxunulmaz qaldığı matçın cavab görüşündə isə "Qarabağ" rəqibini məğlub etməyi bacararaq azərbaycanlı futbol azarkeşlərinə qələbə sevinci bəxş etdi. Matçın ilk hissənin sonlarında Dino Ndlovun möhtəşəm qolu pley-pff mərhələsinin açarı demək idi.  Cənubi Afrikalının fasilə ərəfəsiindəki qolundan sonra meydan sahibləri növbəti tura adlamaq üçün az 2 qol vurmalı idi ki, dəqiq  zərbə yenə komandamızın aktivinə yazıldı. Bu dəfə final fitinə 4 dəqiqə qalmış Miçel Madera başla heyrətamiz qola imza ataraq bütün suallara aydınlıq gətirdi. Badibanqanın əlavə dəqiqələrdə vurduğu qol isə təbii ki, təsəllidən başqa bir şey ola bilməzdi. Hərçənd ki, ev sahibləri ikinci hissədə olduqca aktiv görünrdü. "Şerif" futbolçuları tez-tez İbrahim Şehiçin qapısı ağzında təhülkəli qol vəziyyətləri yaratsa da, baş məşqçiləri Roberto Bordinin də dediyi kimi,  sonda təcrübə özünü göstərdi.

Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında olan son Azərbaycan çempionu çətin işin öhtəsindən gələ bilmək üçün Danimarkanın "Kopenhagen" klubunu üstələməlidi. Skandinaviyalılar "Olimpiakos", "Seltik", APOEL və "Maribor" kimi potensial rəqiblərin arasından komandamızın bəxtinə düşüb. Bununla belə bu cütlük artıq bir dəfə üz-üzə gəlib. 1998-1999-cu il mövsümünə təsadüf edən Kuboklar Kuboku oyununda danimarkalılar 4:0 və 6:0 hesablı qələbələrlə növbəti tura adlayıb. ÇL-nın pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" – "Kopenhagen" görüşü avqustun 15-i keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra səfərdə reallaşacaq.

Son iki mövsüm Avropa həyəcanını bizlərə yaşadan "Qəbələ"nin bu ilki sınağı isə erkən başa çatdı. Ardıcıl 2 il Avroliqanın qrup mərhələsində çıxış edən "qırmızı qaralar" bu dəfə eyni uğuru təkrarlaya bilmədi. İkinci dərəcəli klub turnirindəki yeganə təmsilçimiz mübarizəyə qoşulduğu II təsnifat mərhələsində uğurlu oyun nümayiş etdirsə də, növbəti tur Roman Qriqorçukun yetirmələri üçün keçilməz oldu. Polşa "Yagelloniya"sı üzərində qazanılan qələbə sayəsində III təsnifat mərhələsinə adlayan "Qəbələ"ni burada daha çətin rəqib gözləyirdi. Söhbət qrup mərhələsinə ilk dəfə düşməzdən əvvəl pley-off-da qalib gəldiyi "Panatinaikos"dan gedir. Püşkün Yunanıstan klubunu komandamıza rəqib salmağı çoxlarını bədbinliyə sövq etmişdi. Çünki hamı yaxşı bilirdi ki, "ağ-yaşıllar" 2 il əvvəlki məğlubiyyətin revanşını çıxmağa çalışacaq. Rəqibə qarşı ilk sınağını səfərdə verən komandamız görüşə istəkli başlayan tərəf olmayıb. Marinos Ozunidis yetirmələri ilk dəqiqələrdən qonaqların qapısını təzyiq altında saxlayıb. Matçın ilk ilk 15 dəqiqəsində şansını uzaq məsafədən endirilən zərbələrlə yoxlayan meydan sahibləri bir neçə vəziyyətdə qola yaxın oldular. Bu epizodlardan yalnız 36-cı dəqiqədə yaşanan vəziyyət yerli azarkeşlərin ürəyincə olub. Belə ki, Molinsin cərimə meydançasına ötürməsindən sonra top İlqar Qurbanovun əlinə toxunub. Referinin tərəddüd etmədən penaltini təyin etməsinin ardından Molins özü zərbəni qola çevirdi. Bu qoldan sonra arxayınlaşmaq niyyətində olmayan "Panatinaikos" futbolçuları ikinci hissədə də öz hücumlarını davam etdirdilər. Xüsusi ilə fasilədən sonrakı hissədə təmsilçimizin qolkiperi Dmitri Bezotosnı bir neçə vəziyyətdə komandasını real qoldan xilas etdi. Qarşılaşmanın sonunadək isə görüşdə hesab dəyişilməz olaraq qaldı. 1:0

Bakıda keçirilən cavab matçında da demək olar, görüşün ssenarisi dəyişməyib. Daha çox meydanın rəqibə aid olan hissəsində görülən qonaqlar ilk yarıda bir neçə vəziyyətdə meydan sahiblərini cəzalandıra bilərdilər. Bununla belə fasilədən sonra qol sevincini yaşamaq "Baksell Arena"ya toplaşan azərbaycanlı azarkeşlərə nəsib oldu.  52-ci dəqiqədə Moledo avtoqol müəllifi olmaqla anti-qəhrəmana çevrildi. Lakin sevincimiz çox çəkmədi. 62-ci dəqiqədə Lod, "66"da isə Kabazesin dəqiq vuruşları "Panatinaikos"a səfərdə də qələbə qazandırdı.

Bununla da "Qəbələ"nin bu mövsümkü Avropa Liqası macərası erkən bitib.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43