“Benfika” prezidenti Rui Koşta Joze Mourinyonun maaşını açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, klub prezidenti Mourinyonun ilk mövsümdə 3, ikinci mövsümdə isə 4 milyon avro qazanacağını bildirib.
Onun sözlərinə görə, bu, məşqçinin “Portu”dan ayrıldıqdan sonra aldığı ən aşağı məvacibdir.
Rui Koşta əlavə edib ki, Mourinyonun “Benfika”ya gəlişində Mariu Brankonun böyük rolu olub:
“Mariu Branko “Fənərbağça”da onun ayrılığını hazırlamışdı, burada isə gəlişini hazırladı (gülür). Əslində, Mourinyo heç planlarımda yox idi. “Qarabağ” oyunundan sonra Mariu mənimlə əlaqə saxladı və prosesi yekunlaşdırdı”.
Prezident həmçinin qeyd edib ki, Joze Mourinyo kimi baş məşqçiyə sahib olduqda, Çempionlar Liqasında 1/4 final və ya yarımfinal barədə xəyallar qurmaq mümkündür.

